Türkiyə Liviyaya başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır ...

2036022
Türkiyə Liviyaya başsağlığı verdi

 

  Türkiyə Liviyanı vuran seldə həyatını itirənlər üçün başsağlığı verdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “11 sentyabrdan Liviyanı təsiri altına alan və xüsusilə şərq sahillərini vuran "Daniel" qasırğasının səbəb olduğu sel nəticəsində çox sayda insanın ölümündən dərin kədər hissi duyuruq.

  Dost və qardaş Liviya xalqına və hökumətinə başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik.

  Türkiyə hər zaman olduğu kimi, qardaş ölkəyə hər cür dəstəyi verməyə hazırdır.”

 



Әlaqәli Xәbәrlәr