Rəcəb Tayyib Ərdoğan və Kiryakos Miçotakis birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaraya rəsmi səfər edən Yunanıstan Baş naziri Kiriakos Miçotakis ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

2139064

Rəcəb Tayyib Ərdoğan qonaq Baş nazirlə görüşdə ikitərəfli məsələləri ətraflı şəkildə nəzərdən keçirdiklərini və ticarət həcmini 6 milyard dollardan 10 milyard dollara çatdırmaq üçün çalışacaqlarını vurğulayıb.
"Terrorla mübarizə mövzusunda Yunanıstanla həmfikirik. Əlaqələrimizdəki müsbət atmosferin Yunanıstandakı türk azlıqların və soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verməsini gözləyirik'',-deyə Türkiyə Prezidenti qeyd edib.
Kıbrıs probleminin adadakı faktlar əsasında ədalətli və davamlı şəkildə həll olunmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Belə bir addım regionumuzun sabitliyini və əmin-amanlığını möhkəmləndirəcək”.

Әlaqәli Xәbәrlәr