Rəcəb Tayyib Ərdoğan:''Həmas müqavimət təşkilatıdır''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaraya rəsmi səfər edən Yunanıstan Baş naziri Kiriakos Miçotakis ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

2139207

''Həmas''ın müqavimət təşkilatı olduğunu bir daha vurğulayan Rəcəb Tayyib Ərdoğan təşkilatın minə yaxın üzvünün Türkiyədə müalicə olunduğunu açıqlayıb.

Yunanıstan Baş naziri Kiryakos Mitçotakis isə öz növbəsində deyib: “Türkiyə ilə Yaxın Şərq məsələsində, həmçinin İsrailin Qəzza bölgəsinə daxil olması və terror təşkilatı hesab etdiyimiz ''Həmas'' mövzusunda fikir ayrılığı var''.

Rəcəb Tayyib Ərdoğan  Kiryakos Mitçotakisin bu in sonra deyib: ''Mən ''Həmas''ı terror təşkilatı hesab etmirəm. “Həmas'' 1947-ci ildən torpaqları işğal altında olan və torpaqlarını qoruyan bir müqavimət təşkilatıdır. Təəssüf ki, bu təşkilat İsrailin vəhşi hücumlarına qarşı bu torpaqları qorumaq üçün mübarizə aparan bir müqavimət təşkilatıdır. Bunu görməliyik. ''Həmas''ı terror təşkilatı adlandırmaq qəddar yanaşma olardı. Mən ''Həmas''ı terror təşkilatı hesab etmirəm. 1000-dən çox ''Həmas'' üzvü  ölkəmdə müalicə olunur. Qərb hər cür silahla onlara hücum edir''.

Әlaqәli Xәbәrlәr