"Abdülhamid Han" qazma gəmisi qazma işlərinə başlayacaq

Dənizlərdəki təbii qaz kəşfiyyat və qazma donanmasının ən güclü üzvü "Abdülhamid Han" qazma gəmisi "Akseki-1" quyusunda qazma işlərinə başlayacaq.

2023516

Türkiye Neft Şirkətlərinin (TPAO) əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platformasından edilən paylaşımında "Enerji donanmamızın ən güclü üzvü "Abdülhamit Han" "Akseki"-1-dədir. Gəmi Aralıq dənizindəki yeni hədəfi "Akseki-1" quyusunda qazma işlərinə başlayır" ifadələrindən istifadə edilib.
Paylaşımda o da vurğulanıb ki, “Mavi Vətən”də təbii qaz kəşfiyyatı fəaliyyətləri fasiləsiz davam edir.

Xatırladaq ki, Türkiyenin son illərdə enerji donanmasına daxil etdiyi qazma gəmilərinin ən güclüsü olan "Abdülhamid Han" qazma gəmisi, daha əvvəl Aralıq dənizindəki "Yörükler-1" və "Taşucu-1" quyularında qazma işləri aparıb.

Әlaqәli Xәbәrlәr