Hakan Fidan çinli həmkarı ilə görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Türkiyedə səfərdə olan Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

2016453
Hakan Fidan çinli həmkarı ilə görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Türkiyedə səfərdə olan Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Diplomatik mənbələrin yaydığı məlumata görə, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunu üzvü, Xarici İşlər üzrə Mərkəzi Komissiyanın direktoru və xarici işlər naziri Vanq Yi xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Hakan Fidan və çinli həmkarı Vanq Yi baş tutan təkbətək görüşdən sonra iki ölkənin nümayəndə heyətləri arasında keçirilən görüşə sədrlik ediblər. Görüşdə ikitərəfli əlaqələrin bütün aspektləri müzakirə olunub.

Görüşlər zamanı iki ölkə arasında Hökumətlərarası Əməkdaşlıq Komitəsi, Xarici İşlər Nazirlərinin Məsləhətləşmə Mexanizmi, Konsulluq Məsləhətləşmələri, Birgə İqtisadi Komissiya kimi dialoq və məsləhətləşmə mexanizmlərindən daha səmərəli istifadə, iqtisadi və ticarət əlaqələrinin intensivləşdirilməsi, həmçinin “Bir Kəmər və Yol”un uyğunlaşdırılması və Orta Dəhliz təşəbbüsləri, nüvə enerjisi, kənd təsərrüfatı, mülki aviasiya, mədəniyyət və turizm məsələləri müzakirə olundu.
Bu çərçivədə Çin ilə ikitərəfli ticarətin daha balanslı və davamlı bir quruluşa çevrilməsi və sərmayələrin qarşılıqlı artırılması üçün hansı addımların atıla biləcəyi qiymətləndirildi.
Görüş zamanı uyğur türklərinin vəziyyəti, Yaxın Şərqdəki proseslər, Ukraynadakı və qlobal maliyyə sistemindəki vəziyyət, həmçinin  aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr