Malatyada zəlzələ baş verdi: ölən və yaralananlar var

Fövqəladə Halların İdarə Edilməsi Agentliyi – AFAD-ın sədri Yusuf Sezer bildirib...

1952106
Malatyada zəlzələ baş verdi: ölən və yaralananlar var

 

   Türkiyənin Malatya rayonunun Yeşilyurt qəsəbəsində 5,6 bal gücündə zəlzələ olub.

  Malatyada baş verən 5,6 bal gücündə zəlzələdə bir nəfər həyatını itirib.

  Fövqəladə Halların İdarə Edilməsi Agentliyi – AFAD-ın sədri Yusuf Sezer Türkiyə vaxtı ilə saat 12:04-də qeydə alınan zəlzələdə 69 nəfərin yaralandığını açıqlayıb.

  Zəlzələnin ocağı yerin səthindən 6,96 kilometr dərinlikdə yerləşib.

  Xatırladaq ki, fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsindən sonra regionda yeraltı təkanlar səngimək bilmir. AFAD-ın məlumatına görə, indiyədək 10 minə yaxın afterşok meydana gəlib.



Әlaqәli Xәbәrlәr