Süleyman Soylu vә Murat Kurum Pakistana sәfәr ediblәr

Türkiyenin daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum daşqınlardan əziyyət çəkən Pakistana səfər ediblər.

1874817
Süleyman Soylu vә Murat Kurum Pakistana sәfәr ediblәr

Türkiyenin daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum daşqınlardan əziyyət çəkən Pakistana səfər ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Pakistana səfər edən daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İslamabad Beynəlxalq Hava Limanında ölkənin daxili işlər naziri Rena Sana Ullah Xan, iqlim dəyişikliyi naziri Şerri Rəhman və planlaşdırma, inkişaf və islahatlar naziri Əhsan İqbal tərəfindən qarşılanıblar.

Süleyman Soylu burada verdiyi açıqlamada prezident Rəcəb Tayyib Ərdoğanın Pakistan üçün dua etdiyini ifadə edib.

"Bu gün 90 min məsciddə pakistanlı bacı və qardaşlarımız üçün dualar ediləcək və dəstək istəniləcək",-deyə Süleyman Soylu vurğulayıb.

Pakistana indiyə qədər 11 təyyarə ilə çadır, ərzaq və dərman göndərildiyini bildirən Süleyman Soylu 2-ci yardım qatarının 5-6 gün ərzində bölgədə olacağını qeyd edib.

"Biz qardaşlarımızın yanında olmağa davam edəcəyik. Yardım körpüsü həm qatarla, həm də hava yolu ilə pakistanlı qardaşlarımız "kifayətdir" deyənə qədər davam edəcək",-deyə Türkiyənin daxili işlər naziri vurğulayıb.



Әlaqәli Xәbәrlәr