Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (28 aprel)

Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 341 ölüm faktı qeydə alınıb.

1630193
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (28 aprel)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 341 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 39 min 398 nәfәrә çatıb.

Ölkədə gün ərzində 283  min 261 nəfər testdən keçirilib. Onlardan 45 min 198 nəfərdə virus əlaməti aşkarlanıb, 2 min 728 nəfər müalicəyə cəlb olunub. 

Müalicəsi tamamlanan 45  min 198 nəfərlə, sağalanların sayı 4 milyon 212 min 461 nəfərə yüksəlib.

Digər tərəfdən, səhiyyə naziri Fəxrəddin Koca yerli inaktiv peyvəndin üçüncü mərhələ sınaqları üçün hazırlıqların yaxın bir neçə gün ərzində başlayacağını bildirib.

Nazir Elmi Komitənin toplantısından sonra verdiyi açıqlamada "Türkiyə "Sputnik V" vaksinindən 6 ay ərzində 50 milyon doza almaq üçün saziş imzaladı. İlk nəqliyyat may ayı ərzində reallaşacaq" deyib.



Әlaqәli Xәbәrlәr