Əskişəhər məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərim oxundu

Məscidə gələnlər tərəfindən “Allah qəbul etsin”, “Bütün şəhidlərimizin ruhu şad olsun” ifadələri səslənib

1591801
Əskişəhər məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərim oxundu
Türkiye ve Azerbaycan bayrakları_cami.jpeg
Eskişehir_Xocalı_Azaflı_03.jpeg
Eskişehir Reşadiye Cami_02.jpeg
Eskişehir_Xocalı_Azaflı_04.jpeg
Eskişehir Reşadiye Cami_01.jpeg

 

  26 Fevral – Xocalı soyqırımının 29-cu ildönümü günü Azaflı Sosyal Yardım və Kültür Dərnəyi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və İHH Humanitar Yardım Fondunun Əskişəhər Təmsilciliyi birlikdə şəhərin Rəşadiyyə məscidində (Reşadiye Cami) Azərbaycan Xocalı Şəhidlərinin Xatirəsinə həsr olunmuş mövlud proqramı təşkil etmişlər.

  Əsr (İkindi) namazından əvvəl 26 Fevral Xocalı Soyqırımı və bütün Azərbaycan şəhidlərinin ruhuna Qurani-Kərim oxunub, faciə qurbanları yada salınıb, məscidə gələnlər tərəfindən “Allah qəbul etsin”, “Bütün şəhidlərimizin ruhu şad olsun” ifadələri səslənib.



Әlaqәli Xәbәrlәr