İsrail döyüş təyyarələri Livana zərbələr endirdi

İsrail döyüş təyyarələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumunda 7 nəfər həyatını itirib.

2120832
İsrail döyüş təyyarələri Livana zərbələr endirdi

İsrail döyüş təyyarələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumunda 7 nəfər həyatını itirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə,  Livandakı Mülki Müdafiə Təşkilatı mənbələri, İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Əl-Həbbariyyə qəsəbəsindəki İslami Tibb Cəmiyyətinə çox sayda raketlərlə hava hücumu təşkil etdiyini bildirib.
Mənbələr  hücumda 7 nəfərin öldüyünü bildirib.
İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisində Hizbullah hədəflərinə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
İsrail ordusu ilə Hizbullah hərəkatı arasında oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda 246 Hizbullah üzvü, 50 Livanlı mülki vətəndaş, 12 Əməl hərəkatı, 13 ''Həmas'', 12 İslami Cihad üzvü və 6 İsrail vətəndaşı ilə 11İsrail əsgəri həlak olub.


Etiketlәr: #Hizbullah , #Livan , #İsrail

Әlaqәli Xәbәrlәr