20 iyun Ümumdünya Qaçqınlar Günüdür

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını yayıb.

1661128
20 iyun Ümumdünya Qaçqınlar Günüdür

2020-ci il ərzində dünyada müharibə, zorakılıq, təbii fəlakətlər, təqiblər və insan haqlarının pozulması səbəbindən öz evlərini tərk edən insanların sayı 4 faiz artaraq təxminən 82 milyon nəfəri ötüb.

Bu barədə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb.

BMT-nin Qaçqınların işləri üzrə Ali komissarı Filippo Qrandi bildirib ki, hamımızın təcrid olunduğu bu pandemiya ilində, dörd divar arasında qaldığımız dövrdə insanların evlərini tərk etməsi çox şeydən xəbər verir. Seçim imkanları olmadığı üçün təxminən 3 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Qurumun hesabatına görə, hazırda dünyada məcburi köçkünlərin ümumi sayı 82 milyon nəfərdən çoxdur. Bunun 34,4 milyonu sığınacaq tapmaq üçün ölkələrini tərk edənlər, 48 milyonu isə öz ölkələrində evsiz qalanlardan ibarətdir.

Hesabatda, həmçinin "Covid-19" səbəbindən sərhədlərini bağlayan 160 ölkədən 99-nun bu məsələdə qaçqınları istisna etmədiyi qeyd olunub. Həmin qaçqınların çoxu sərhədlər açılan kimi ölkələrini tərk etməyə çalışacaq.

Ölkələrindən qaçan insanların üçdə ikidən çoxu Suriya (6,7 milyon), Venesuela (4 milyon), Əfqanıstan (2,6 milyon), Cənubi Sudan (2,2 milyon) və Myanma (1,1 milyon) olmaqla sadəcə 5 ölmkədən gəlir.

Hesabata görə, Türkiyə 3,7 milyon qaçqın ilə son 7 ildir dünya miqyasında ən böyük qaçqın əhaliyə ev sahibliyi edir. 



Әlaqәli Xәbәrlәr