İsrail polisinin Əl-Aksa məscidində camaata müdaxiləsinə reaksiya göstərildi

İsrail polisinin işğal altındakı Şərqi Qüdsdəki Əl-Aksada namaz qılan fələstinlilərə hücumuna bütün dünyada reaksiya göstərildi.

1636410
İsrail polisinin Əl-Aksa məscidində camaata müdaxiləsinə reaksiya göstərildi

İsrail polisinin işğal altındakı Şərqi Qüdsdəki Əl-Aksada namaz qılan fələstinlilərə hücumuna bütün dünyada reaksiya göstərildi.

Amerika Birləşmiş Ştatları İsrail polisinin Əl-Aksada və Qüdsün digər bölgələrində fələstinlilərə qarşı zorakılıq tətbiq etməsi ilə əlaqədar tərəfləri "zorakılığa son qoymağa" çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın verdiyi açıqlamada Qüdsdəki zorakılıq tətbiq edilməsi mövzusunda İsrail polisi birbaşa qınanmamasına baxmayaraq, artan zorakılığın başa çatması mövzusunda həm İsrail, həm də Fələstin tərəfinə "sükunət" çağırışı ilə diqqət çəkib.

Digər tərəfdən, Liviyanın baş naziri Əbdülhəmid Dibeybe İsrail polisinin Əl-Aksada camaata hücumunu sosial media hesabından qınayıb.

Fələstin xalqının ədalətli mübarizəsində hər zaman yanlarında olduqlarını söyləyən Dibeybe "İsrailin ilk qibləmiz Əl-Aksaya hücumunu və fələstinliləri misilsiz bir şəkildə didərgin salmasını qınayırıq" deyib.

Dibeybe "Beynəlxalq ictimaiyyət fələstinlilərin mənafeyi naminə ədalətli bir həll yolu tapmaq üçün məsuliyyətini yerinə yetirməlidir" deyə bildirib. 

İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Dayf əl-Fayiz Əl-Aksaya edilən basqın və dinc şəkildə ibadət edənlərə edilən hücumu "açıq bir pozuntu və barbar davranış" olaraq xarakterizə edərək, bu qəbuledilməz hücumların qınandığını qeyd edib.

Pakistan Camaatı-ı İslami Partiyasının lideri Siracül Hak isə "İsrail işğal qüvvələri" nin ilk qiblə olan Əl-Aksada namaz qılmasına mane olmaq haqqının olmadığını bildirib.

İsrail qüvvələrinin müqəddəs Ramazan ayında Əl-Aksaya hücumunu şiddətlə qınadıqlarını vurğulayan Hak "Pakistan xalqı Fələstindəki qardaşları ilə çiyin-çiyinə dayanır. Fələstinlilərin fədakarlığını və cəsarətini alqışlayırıq" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr