Dünyada koronavirusa yoluxanların sayı yüz milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 152 min 338-i keçib.

1571119
Dünyada koronavirusa yoluxanların sayı yüz milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 152 min 338-i, infeksiyaya yoluxanların sayı 100  milyon 381 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 72  milyon 425 mini keçib.

Amerika Birlәşmiş Ştatlarında koronavirusdan hәyatını itirәnlәrin sayı 431 min 392-yә, infeksiyaya yoluxanların sayı da 25 milyon 861-ә çatıb.

Braziliyada koronavirusdan ölәnlәrin sayı 217 min 712-yә, virusa yoluxanların sayı da 8 milyon 872 minә yüksәlib.

Meksikada epidemiyadan ölәnlәrin sayı 150 min 273-ә, infeksiyaya yoluxanların sayı da 1 milyon 771 minә çatıb. Ölkә prezidenti Andres Manuel Lopez Obrador 2 ay әrzindә Rusiyadan 24 milyon doza  ‘‘Sputnik V’’ peyvәndi alacaqlarını deyib.

İngiltәrәdә virus sәbәbindәn hәyatını itirәnlәrin sayı 98 min 531-ә, epidemiyaya yoluxanların sayı da 3 milyon 669 minә çatıb.

İtaliyada epidemiya qurbanlarının sayı 85 min 881-ә, infeksiyaya yoluxanların sayı da 2 milyon 475 minә çatıb.

Fransada virusdan ölәnlәrin sayı 73 min 494-ә, virusa yoluxanların sayı da 3 milyon 57 minә yüksәlib.

İspaniyada koronavirusdan hәyatını itirәnlәrin sayı 56 min 208-ә, infeksiyaya yoluxanların sayı da 2 milyon 697 minә çatıb.

Almaniyada virusdan ölәnlәrin sayı 53 min 402-yә, epidemiyaya yoluxanların sayı da 2 milyon 154 minә yüksәlib.

Hollandiyada epidemiya sәbәbindәn ölәnlәrin sayı 13 min 579-a çatıb. Ölkәdә virusa yoluxanların sayı da 952 min 950-yә yüksәlib. Hollandiyanın müxtәlif şәhәrlәrindә koronavirusla bağlı görülәn tәdbirlәrә etiraz edәn 70 nәfәr saxlanılıb.

Portuqaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 252 artaraq 6 min 923-ә, infeksiyaya yoluxanların sayı da 10 min 721 artaraq 643 min 113-ә çatıb.

Hindistanda koronavirusdan ölәnlәrin sayı 150 mini, infeksiyaya yoluxanların sayı da 10 milyonu keçib.

Liviyada koronavirusdan ölәnlәrin sayı 1782-yә, virusa yoluxanların sayı da 114 min 429-a yüksәlib.

 

 


 



Әlaqәli Xәbәrlәr