İndoneziyada 7,1 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Şimali Sulavesi əyalətinə bağlıi Talaud adaları sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

1568509
İndoneziyada 7,1 bal gücündə zəlzələ baş verib

İndoneziyada 7,1 bal gücündə zəlzələ baş verib.

İndoneziyanın Şimali Sulavesi əyalətinə bağlıi Talaud adaları sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Ocağı Talaud adalarının Melonquane bölgəsindən 134 kilometr şimal-şərqdə olan zəlzələ yerin 154 kilometr dərinliyində baş verib.

Meteorologiya, İqlim və Geofizika İnstitutu zəlzələdən sonra sunami xəbərdarlığı etməsə də, ölən və yaralananların olub-olmadığı barədə hələ məlumat verilməyib.

Xatırladaq ki, İndoneziyada 28 sentyabr 2018-ci il tarixində Sulavesi adasındakı Palu Körfəzində baş verən 7,5 bal gücündə zəlzələ və sonra yaranan sunami Donqqala, Palu və Sigi bölgələrində təsirli oldu və 4 340 nəfər həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr