Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər Ermənistan mətbuatının dezinformasiyasıdır

Azərbaycan bölmələri tərəfindən havaya heç bir PUA qaldırılmadığı bildirilib.

1679315
Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər Ermənistan mətbuatının dezinformasiyasıdır

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan bölmələri tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

Nazirliyin dünən axşam yaydığı məlumatda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışmanın davam etdiyi,  Azərbaycan Ordusunun bölmələrinin cavab atəşi ilə qarşı tərəfi susdurduğu bildirilmişdi.

 



Әlaqәli Xәbәrlәr