"Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanımız var", H.Fidan

Hakan Fidan martın 15-də Türkiye, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

2115996
"Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanımız var", H.Fidan

"Cənubi Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün tarixi imkan yaranıb".
Bunu xarici işlər naziri Hakan Fidan martın 15-də Türkiye, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında söyləyib.

Fidan vurğuladı ki, Cənubi Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi təkcə region üçün deyil, həm də qlobal təhlükəsizlik və əlaqə üçün son dərəcə vacibdir.

“Biz inanırıq ki, bu məqsədə nail olmaq üçün tarixi fürsət 2020-ci ilin noyabrından, 2-ci Qarabağ müharibəsinin (Azərbaycan və Ermənistan arasında) başa çatdığı vaxtdan yaranıb”, - deyə Hakan Fidan qeyd edib. 

Hakan Fidan bölgə ölkələrinin Zəngəzur dəhlizi kimi regional və qlobal əlaqə layihələrini 'qazan-qazan' yanaşması ilə dəstəkləmələrini gözlədiklərini söyləyib.

Qəzzada təcili atəşkəs çağırışını təkrarlayan xarici işlər naziri H.Fidan müqəddəs Ramazan ayında qəzzalıları hələ də aclıq və epidemiyalarla qarşı-qarşıya qoyan İsrail zülmünə son qoymağa çağırıb.

Hakan Fidan Bakıda Azərbaycanın vitse-prezidenti Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə ayrı-ayrılıqda görüşüb.

H.Fidanın XI Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.

Xarici işlər naziri Hakan Fidan İraqdakı təmaslarından sonra dünən Azərbaycana gedib.

Nazir Fidan İraqın paytaxtı Bağdaddan yola düşməzdən əvvəl İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan və Kərkük millət vəkili Erşat Salihi ilə görüşüb.



Әlaqәli Xәbәrlәr