Türkiyə İstanbulun fəthinin 569-cu ildönümünü qeyd etdi

Türkiyə Bizansın paytaxtı İstanbulu Osmanlı İmperatorluğunun idarə mərkəzinə çevirən fəthin 569-cu ildönümünü qeyd etdi.

Türkiyə Kommunikasiyalar İdarəsi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi tədbirdə bu tarixi hadisənin əhəmiyyətini şou ilə nümayiş etdirdi.

Şənliklər zamanı Qalata qülləsi və fəthin simvolu olan Ayasofya Ulu Məscidində işıqlı və səmada virtual xəritə ilə nümayiş oldu.