Şahzadə atasına görə səfərini təxirə saldı

Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...

2141809
Şahzadə atasına görə səfərini təxirə saldı

 

  Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin ağciyər infeksiyası səbəbindən antibiotik müalicəsi aldığı açıqlanıb.

  Mayın 19-da yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən 88 yaşlı Kral Salmanın şəhərdəki Əs-Salam Sarayındakı klinikalarda müayinə olunduğu bildirilib.

  Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə, Kral Salmana ağciyər infeksiyası diaqnozu qoyulub və o, Ciddədəki Əs-Salam sarayında antibiotik müalicəsi alır.

  Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı 2024-cü ilin aprel ayında Kral Faysal İxtisaslaşdırılmış Xəstəxanasında müntəzəm sağlıq müayinəsindən keçib.

  Bu arada, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Yaponiyaya mayın 20-nə planlaşdırılan səfərini təxirə salıb.

  Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi vəliəhd Salmanın kralın səhhətindəki problemə görə səfərini təxirə saldığını bildirib.

  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Yaponiya səfəri zamanı ölkənin imperatoru Naruhito və baş nazir Fumio Kişida ilə görüşəcəkdi.



Әlaqәli Xәbәrlәr