Yaponiyada alovlar ucaldı və havada yerli dildə sözlər yazıldı

  Ənənəvi bütpərəst mərasimiylə əlaqədar Yaponiyanın keçmiş paytaxtı Kyotonun dağlarında tonqallar qalandı, böyük alovlar ucaldı və yerli dildə sözlər, simvollar yarandı.

  300 ildir Yaponiyada od mərasimi təşkil edilir. Son zamanlar da Bon festivalını da həmin günlərə salırlar. Yerli insanların inancına görə, atəşlər yandırıldığı zaman atalarının ruhu evə dönür.