Sualtı mənzərə həvəskarları Antalyaya gələ bilər

  Türkiyənin Antalya şəhərinin Kaş qəsəbəsi sualtı mənzərə həvəskarları üçün gediləcək əsil gəzməli turistik yerlərdən biridir.

  Aralıq dənizinin dərinliklərində təyyarə, gəmi kimi çox sayda böyük nəqliyyat vasitələri görmək mümkündür.

  Yaxınlarda sualtı muzeyə bir tank da əlavə olundu. Belə ki, Türkiyə Silahlı Qüvvələrinin inventarına düşən 1960-cı il modeli, 45 ton ağırlığında tank Kaş limanında dənizin 5 metr dərinliyinə buraxıldı. Tankın üzərində bir top da var.

  Antalya valisi Münir Karaloğlu batırılan tankın ilk ziyarətçisi oldu. Professional dalğıcların müşayətilə Karaloğlu tankı görmək üçün bir qədər suyun altında qalmalı oldu.

  Turistlər su altında dalğıclar vasitəsilə rahatlıqla gedə və bu qəribə mənzərəni seyr edə bilərlər.