Poçt qutusunda ilan və kərtənkələlər hamını təəccübləndirdi

  ABŞ-ın Nyu York JFK Hava limanının “John F.Kennedy” bölümündə Amerika Gömrük və Sərhəd Qoruma səlahiyyətliləri yoxlama-nəzarət keçidində beş dənə canlı “kral kobra” ilanı təsbit edib. Honq Konqdan gələn poçt qutularının x-ray görüntüləri zamanı yumru qablar içində 5 ilan və 3 kərtənkələ olduğu görünüb. Onlar ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinə  göndərilib.