''İsrail Rəfahda qətliam törətməyə hazırlaşır"

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun "İsrail Rəfahda qətliam törətməyə hazırlaşır" başlıqlı məqaləsi...

2137447
''İsrail Rəfahda qətliam törətməyə hazırlaşır"

''İsrail Rəfahda qətliam törətməyə hazırlaşır"

Misir və Qətərin vasitəçiliyi ilə uzun müddətdir davam edən atəşkəs danışıqlarından sonra ''Həmas'' atəşkəs razılaşmasını qəbul etdiyini açıqlayıb. Bu bəyanatdan sonra beynəlxalq ictimaiyyət atəşkəs gözləyərkən Benyamin Netanyahu ''Nə olursa olsun Rəfahı hədəf alacağıq'' deyərək İsrailin niyyətini bir daha göstərdi. İsrail qurudan və havadan Rəfahı hədəf almağa başlayanda Netanyahunun sülhü yox, Qəzzanı məhv etmək istədiyi məlum oldu. İsrail oktyabrın 7-dən Qəzzaya vəhşicəsinə hücum etməyə davam edir.

Hücumlar nəticəsində indiyədək 35 mindən çox insan həyatını itirib, İsrail qadın və uşaqları, dinc insanları ayrı-seçkilik etmədən qətlə yetirir. İşğalın başlanğıcından bu günə qədər İsrailin məqsədi Qəzzanı yaşanmaz hala gətirəcək bombardman törətmək və bölgədəki insanları Misirin Sinay yarımadasına sürməkdir. Bu kontekstdə Qəzzadakı son qala olan Rəfah da İsrailin hədəfindədir.

Rəfah Qəzza ilə Misir arasındakı sərhəd bölgəsində yerləşən bir şəhərdir. Əslində Rəfah Qəzzanın qismən də olsa dünyaya açılan qapısı idi. Beynəlxalq yardımlar burada yerləşən sərhəd-buraxılış məntəqəsindən bölgəyə daxil olurdu. Bundan əlavə, bir milyon yarımdan çox qəzzalı İsrailin qətliamından qaçaraq  Rəfaha sığınıb. İndi İsrail Rəfahı hədəf alaraq böyük qətliama hazırlaşır.

''Həmas'' uzun müddətdir Misir və Qətərin vasitəçiliyi ilə davam edən atəşkəs danışıqlarından sonra razılaşmanın şərtlərini qəbul etdiyini açıqladı. İsrail isə razılaşmanın şərtlərini tanımadığını elan edərək Rəfaha hücum etməyə başladı.

Həm qurudan, həm də havadan hücuma keçən İsrail ordusunun zirehli texnikası Rəfah sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi ərazini də işğal etdi. Beləliklə, Misirdən gələn yardımlar dayandı. Refaha hücumların artması on minlərlə insanın həyatını itirməsinə səbəb olacaq. Çox dar bir ərazidə milyon yarım insan yaşayır və İsrail qəsdən Rəfahı hədəf alır və qəzzalıları Misirə və Sinay yarımadasına sürgün etmək istəyir. Bu, açıq-aşkar deportasiya və soyqırım cəhdidir. Hətta ABŞ kimi İsraili qeyd-şərtsiz dəstəkləyən ölkələr də Qəzzaya hücumları dayandırmaq üçün Netanyahuya təzyiq etmək istəyirlər, lakin İsrail və Netanyahunun hərbi kabineti qətliam törətmək niyyətindədir. 

Türkiyə başda olmaqla bir sıra ölkələr  böyük səylər göstərsələr də, təəssüf ki, İsrailin qarşısını alacaq bir şey edə bilmədilər. Qlobal miqyasda keçirilən etiraz aksiyaları da İsraili dayandıra bilmir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, İsrail zorla da olsa dayandırılmalıdır. 



Әlaqәli Xәbәrlәr