Litvanın ən böyük beynəlxalq hava limanı bağlıdır

  Litvanın ən böyük Vilnüs beynəlxalq hava limanı təyyarə meydanının təmirilə əlaqədar 18 avqusta qədər bağlandı.

  Hava limanının bağlı olduğu müddətdə təyyarələr Litvanın paytaxtından 100 kilometr aralıda yerləşən Kaunas hava limanına istiqamətləndiriləcək.

  Qeyd edək ki, Vilnius hava limanı 85 il əvvəl tikilib və təyyarə meydanının yenidən quruluşlanmağa ehtiyac vardı.