Türkiye mətbuatı: 1 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2096025
Türkiye mətbuatı: 1 fevral 2024

''Haber Türk'': Hakan Fidan: Montrö Konvensiyası regionun təhlükəsizliyinin təminatı kimi fəaliyyət göstərməyə davam edir

Dünən Rumıniyada görüşlər keçirən Türkiyenin xarici işlər naziri Hakan Fidan Türkiyenin Montrö Boğazları Konvensiyasını qərəzsiz şəkildə həyata keçirməyə davam etdiyini ifadə edərək deyib: “Montrö Konvensiyası bölgənin təhlükəsizliyinin təminatı funksiyasını davam etdirir”.

''Star'': Fəxrəddin Altun: ''Bugünkü Türkiye qlobal səviyyədə oyun qurucudur''

Avstriyanın “Die Presse” qəzeti üçün məqalə yazan Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bugünkü Türkiyenin təkcə öz sərhədləri daxilində deyil, həm də regional və qlobal səviyyədə oyun qurucu ölkə olduğunu, həmçinin  böhranların həllində fəal rol oynadığını bildirib.

''Hürriyet'': Nazir Uraloğlu: ''Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi bizim üçün çox önəmlidir''

Nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu dünən İstanbulda keçirilən “Ukraynanın Yenidənqurulması Forumu”ndakı çıxışında deyib: “Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi bizim üçün çox  önəmlidir və prezidentimiz bu məsələdə çox aydın iradə nümayiş etdirdi. Ümid edirəm ki, qısa müddətdə sülh əldə  olunar''.

Sabah: 2023-cü ildə turizm sahəsində rekorda imza atılıb

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy dünən verdiyi açıqlamada deyib: "2023-cü ildə turizm sahəsində rekorda imza atılıb. 2024-cü il hədəflərimizi də eyni templə davam etdirəcəyik''.

''Vatan'': İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider oldu
İstanbul Hava Limanı 15-21 yanvar tarixlərində gündəlik orta hesabla 1301 uçuşla Avropanın ən işlək hava limanı oldu.
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı 15-21 yanvar tarixlərinə dair  Avropa Aviasiya Hesabatını yayımladı.
Hesabata əsasən, İstanbul Hava Limanı gündə orta hesabla 1301 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.



Әlaqәli Xәbәrlәr