Türkiye mətbuatı, 14 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2064005
Türkiye mətbuatı, 14 noyabr 2023

"Star": Ərdoğanın Fələstin diplomatiyası

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 17-də Almaniyaya rəsmi səfər edəcək. Almaniya kansleri Olaf Şolts ilə görüşəcək Ərdoğan, buradakı təmasları zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səsini ucalda bilməyən Avropa ölkələrinə mesajını Berlindən çatdıracaq.

"Hürriyet": Afina ilə Ankara arasında dostluq memorandumu

Türkiye ilə Yunanıstan arasında normallaşma addımları davam edərkən, dünən Ankarada mühüm görüş keçirilib. Milli Müdafiə Nazirliyində Türkiye və Yunanıstan Müdafiə Nazirlikləri arasında 4-cü Etimad Tədbirləri Görüşü keçirilib. Hərbi və mülki nümayəndə heyətlərinin qatıldığı görüş 3 ildən sonra ilk üzbəüz görüş olub.

"Vatan": "Aksungur" SİHA-dan bir ilk

Türk Aerokosmik Sənaye A.Ş. (TAI) tərəfindən yerli və milli qaynaqlarla inkişaf etdirilən "Aksungur" silahlı pilotsuz uçuş aparatı (SİHA) TUSAŞ  Motor Sənaye (TEI) tərəfindən istehsal edilən TEI-PD170 yerli mühərriki ilə 30 min fut yüksəkliyə çatdı.

"Sabah": Türkiye turizmdə 5-ci yerdədir

Beynəlxalq konsaltinq xidmətləri firması "Ernst & Young"ın turizmlə bağlı dərc etdiyi hesabata görə, 2022-ci ildə Türkiye Fransa, İspaniya, ABŞ və İtaliyadan sonra ən çox ziyarətçi qəbul edən 5-ci ölkə oldu. İstanbul ziyarətçi sayında son 5 ilin rekordunu qırıb.

"Yeni Şafak": Dünyanın ən böyük aviasiya sərgisinə Türkiye damğa vurdu

Dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2023”də aviasiya başda olmaqla müxtəlif sahələrdən bir çox türk şirkəti ən qabaqcıl məhsullarını təqdim edir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən “Dubai Airshow 2023” sərgisi 95 ölkədən 1400-dən çox iştirakçıya ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr