Türkiye mətbuatı, 29 sentyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2043825
Türkiye mətbuatı, 29 sentyabr 2023

"Hürriyet": Türkiye Böyük Millət Məclisinin sədri Kurtulmuşdan Yunanıstan təmsilçisinə sərt reaksiya
Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş dünən İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Parlamenti Sədrləri Konfransında "Türkiye Kıbrısda (Kipr) və Azərbaycanın isə Qarabağda işğalçı olduğunu iddia edən Cənubi Kıbrıs Rum Rəhbərliyinin Nümayəndələr Palatasının sədri Annita Demetriunun sözlərinə sərt cavab verdi. Kurtulmuş "Kıbrısdakı işğalçı Türkiye deyil, 1960-cı ildə qurulan qanuni Kıbrıs Respublikasını ləğv edən və Cümhuriyyəti işğal edən Rum tərəfinin işğalıdır" dedi.

"Yeni Şafak": Milli Müdafiə Nazirliyi: Yanvarın 1-dən bu yana 1351 terrorçu zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi 1 yanvar tarixindən 80-ni son bir həftədə olmaqla 1351 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Beləliklə, 24 iyul 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı 38 min 694-ə çatıb.

"Sabah": Türkiye Moldovaya təbii qaz ixrac edəcək
İki ölkə arasında Türkiyedən Moldovaya gündəlik 2 milyon kubmetr təbii qaz ixracına dair razılıq əldə olunub.

"Star": Qusman:" Prezident Ərdoğan o qədər güclü liderdir ki, dünyadakı mühüm problemlərin həlli Türkiye olmadan reallaşa bilmir"
Rusiyada prezident Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən sənədli film hazırlayan jurnalist Mixail Qusman “Prezident Ərdoğan o qədər güclü şəxsiyyətdir, o qədər güclü liderdir ki, Türkiyenin maraqlarını və Türkiyenin dünya səhnəsindəki rolunu o qədər gücləndirdi ki, dünyada bütün mühüm problemlərin həlli Türkiye olmadan reallaşa bilmir" dedi.

"Haber Türk": Türkiye universitetlərindən tarixi uğur
Beynəlxalq ali təhsil reytinq agentliyi THE-nin 2024-cü il Dünya Universitetləri Siyahısında Türkiyenin 3 universiteti ilk 400-ə, 11 Türkiye universiteti isə ilk 1000-liyə daxil olmağı bacarıb. Siyahıya Türkiyedən cəmi 75 universitet daxil olub və Türkiye dünyada ən çox təmsil olunan 7-ci ölkə olub.



Әlaqәli Xәbәrlәr