Türkiye mətbuatı: 29 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1966492
Türkiye mətbuatı: 29 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': ABŞ mediası: ''Türkiye rekorda imza atdı''
Türkiyenin sürətlə inkişaf edən müdafiə sənayesi dünyanın diqqətini çəkməyə davam edir. Amerikanın CNBC mətbuat orqanının dərc etdiyi təhlil xarakterli məqalədə  Türkiyenin həyata keçirdiyi ixracla rekorda imza atdığı bildirilib. Məqalədə bu ifadələrə yer verilib: ''Prezident Rəcəb Tayyib Ərdoğanın yerli şirkətlərə güclü dövlət sərmayələri yatırmağa davam etdiyi iyirmi illik layihəsi öz bəhrəsini verməyə başlayıb”.

''Sabah'': HÜRJET uçuça hazırlaşır

Türkiyenin ilk reaktiv təyyarəsi HÜRJET qısa müddətdə sınaq uçuşlarını başa çatdıracaq. Müdafiə Sənayesi Rəhbərliyinin sədri İsmail Dəmir HÜRJET-in anqarında verdiyi açıqlamalarda HÜRJET-ın bir neçə sınaq uçuşu da həyata keçirəcəyini bildirib.

“Yeni Şafak”: ''Türkiye yeni ilkə imza etdı. “MARLİN” pilotsuz dəniz gəmisindən idarə olunan raket atıldı''

Türkiyenin istehsal etdiyi pilotsuz suüstü gəmisi MARLİN-dən KUZGUN raketi atılıb. Beləliklə pilotsuz suüstü gəmidən ilk dəfə idarə olunan raket atılıb.

''Haber Türk'': Türkiyenin bal ixracında rekord artım qeydə alınıb
2023-cü ilin Yanvar-fevral tarixləri arasında Türkiyedən 6 milyon 485 min 105 dollarlıq bal ixrac edilib. Ən çox bal ixrac edilən ölkələrin Amerika Birləşmiş Ştatları (ABŞ), İsrail və Almaniya olduğu bildirilib.

''Star'': Yunanıstan Türkiye ilə bağlı açıqlama verib
Yunanıstan Xarici İşlər Nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Kostas Franqoyannis Türkiye ilə Yunanıstan arasında müsbət gündəm çərçivəsində əməkdaşlıq istiqamətində irəliləyişin əldə edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr