Türkiyә mәtbautı, 11 aprel 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1810287
Türkiyә mәtbautı, 11 aprel 2022

"Hürriyet": Prezident Ərdoğan Karl Nehammerlə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 10-da Avstriya kansleri Karl Nehammerlə telefonla danışıb. Görüşdə Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla regional məsələlər müzakirə edilib.

"Star": Çavuşoğlu azərbaycanlı və türkmənistanlı həmkarları ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı aparıb. Görüş zamanı Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli səfər cədvəli müzakirə olunub.

"Yeni Şafak": Bingöldə terror əməliyyatı

Bingölün Genç qəsəbəsində bölücü terror təşkilatı PKK-ya qarşı həyata keçirilən "Eren Qış-6" əməliyyatında terrorçuların istifadə etdiyi 6 otaqlı bunker və materiallar məhv edilib.

"Sabah": Türkiyənin ixracı artıb

Türkiyənin ixracı 2022-ci ilin yanvar-mart aylarında 20,8 faiz artaraq 60 milyard 288 milyon dollara çatıb.

"Haber Türk": "Fənərbaxça" Avropada ikinci yerdədir

"Fenerbahçe Safiport" FIBA ​​Qadınlar Avropa Liqasının finalında "Sopron Basket" komandasına 60-55 hesabı ilə məğlub olaraq ikinci yeri tutdu.



Әlaqәli Xәbәrlәr