Türkiyǝ mǝtbuatı, 13 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1761769
Türkiyǝ mǝtbuatı, 13 yanvar 2022

"Hürriyet": "HÜRJET"də kütləvi istehsala başlanılacaq

Türkiyə “HÜRJET” yüngül döyüş təyyarələrinin istehsalına başlayacaq.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclasında bildirildi. İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edildi.

"Yeni Şafak": Türkiyə Şərqi Aralıq dənizində balansı dəyişdi

Yunanıstanın enerji qaynaqları vasitəsilə Şərqi Aralıq dənizində sabitliyi pozmaq siyasətləri Türkiyənin qətiyyətli mövqeyi ilə bir-bir batır. ABŞ Türkiyənin gözardı edilməyə çalışıldığı "EastMed" boru kəmərindən dəstəyini geri çəkdi. Məlum olub ki, Fransanın "Total" və Amerikanın "ExxonMobil" şirkətləri də Girit adasında seysmik tədqiqat işlərini dayandırıb.

"Vatan": Səhiyyə naziri Koca: ""Turkovac" peyvəndini təhlükəsiz istifadə edə bilərsiniz"

Səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış və bütün faza araşdırmalarından uğurla keçən və təcili istifadəyə icazə verilən yerli vaksin "Turkovac"ın Çinin "Sinovac" peyvəndi ilə müqayisədə daha təsirli olduğunu bildirdi. "Turkovac"ın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kriteriyalarına da cavab verdiyini bildirən Koca “"Turkovac" peyvəndimizi təhlükəsiz şəkildə istifadə edə biləcəyimizi yüksək səslə söyləməkdən heç kəs çəkinməsin” dedi. 

"Star": Döyüş gəmilərini dəyişməyə qərar verən Mərakeş Türkiyə ilə razılaşdı

Mərakeş mətbuatı Mərakeş Kral Donanmasının Türkiyə ilə 7 sürətli hücum kateri və bir korvet almaq üçün razılaşdığını yazıb. Danışıqların 2021-ci ilin oktyabrında başladığını yazan ölkə mətbuatı razılaşmanın ümumilikdə 222 milyon dollar olduğunu bildirib. Xəbərlərdə vurğulanır ki, tədarüklər 2022-ci ilin ikinci yarısında həyata keçiriləcək. Qeyd olunub ki, Mərakeş sürətlə Türkiyə hərbi sənayesi üçün ən çox böyüyən bazarlardan birinə çevrilir.

"Sabah": Türk Hava Yolları (THY) Avropada liderliyini heç kəsə vermədi

Qlobal şirkətlər 2021-ci ili zərərlə keçirdi, çünki "Covid-19" epidemiyası aviaşirkətlərə mənfi təsir göstərdi. Müflis hava yolları şirkətlərinin sayı artsa da, dünya nəhəngləri ancaq dövlət dəstəyi ilə ayaqda qaldılar. Epidemiya dövründə bir çox hava yolu şirkəti uçuşları dayandırıb fəaliyyətlərinə fasilə verdikdə, THY yeni uçuş istiqamətləri açaraq böyüməsini davam etdirdi. O, Avropa liderliyini əldən vermədi.



Әlaqәli Xәbәrlәr