Türkiyə mətbuatı, 27 aprel 2021

Türkiyə mətbuatında gündəmə dair dənc olan xəbərlərdən bəzilərinin xülasəsi

1628949
Türkiyə mətbuatı, 27 aprel 2021

“Haber Türk”: Prezident Ərdoğan ABŞ Prezidenti Baydenın ifadəsinə cavab

Prezident Rəcəb Tayyib Ərdoğan dünənki kabinet iclasından sonra verdiyi açıqlamada Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Baydenın 1915 hadisələri ilə əlaqəli “soyqırım” ifadəsindən istifadə etməsinin qəbul edilməz olduğunu qeyd edib. Türk millətinin soyqırım ilə ittiham ediləbilməyəcəyini vurğulayıb.

“Sabah”: Fahrettin Altun Baydenin soyqırım böhtanına sərt reaksiya verib

Prezident administrasiyasının ictimailyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun açıqlamasında ABŞ Prezidenti Co Baydenın 1915 hadisələrini “soyqırım” olaraq təsvir etməsini qınayıb və etibarsız olduğunu qeyd edib.

“Hürriyet”: Daxili işlər naziri Süleyman Soylu əməliyyat çərçivəsində partlayıcı ələ keçirildiyini bildirib.

Daxili işlər naziri Süleyman Soylu, dünən sosial media hesabında bu barədə məlumat paylaşıb. Qeyd edib ki, 26 Yanvarda 2550 personalın iştirakı ilə start götürən “Əren-5 Baqok” Əməliyyatı çərçivəsində Mardin vilayətinin Nusaybin Koru kəndinin yaxınında 50 kiloqram plastik partlayıcı və partlamağa hazır əl istehsalı bomb ələ keçirilib.

“Yeni Şəfəq”: “Sputnik V” peyvəndi Türkiyədə istehsal ediləcək.

Rusiya Birbaşa İnvestisiya Fondu və Türkiyədəki “Viscorner” əczacılıq şirkəti Sputnik V peyvəndinin Türkiyədə istehsal edilməsi ilə əlaqəli müqavilə imzalayıb. Qısa müddətdə bir neçə obyektdə istehsala başlanacaq.

“Star”: Nazir Varank 'İstehsalat sənayesinin tutum istifadə nisbətinin artdığını bildirib.

Sənaye və Texnologiya naziri Mustafa Varank sosial media hesabından paylaşdığı məlumatda Türkiyənin istehsal sənayesinin tutum istifadə nisbətinin apreldə 76,2% reallaşdığına diqqət çəkib.



Әlaqәli Xәbәrlәr