Türkiyə mətbuatı, 05 fevral 2021

Yerli mətbuat və  veriliş orqanlarında gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1577728
Türkiyə mətbuatı, 05 fevral 2021

“Yeni Şafak”: Prezident Ərdoğan Türkiyə universitetlərinin tələbə qəbulu sayı baxımından 10-cı  sırada iştirak etdiyini bildirib.

Prezident  Rəcəb Tayyib Ərdoğan Türkiyə  universitetlərinin ən  çox  tələbə  qəbul  edən  dünya  ölkələri  arasında 10-cı, Universitetə ​​giriş baxımından  isə   Avropada ilk sırada iştirak etdiyini qeyd  edib. Dünyanın   qabaqcıl  universitetlərindən  dəyərli  alimlərə  məsafəli təhsil sayəsində Türkiyədə dərs vermələrinə  imkan  yaradılacağını  vurğulayıb.

“Haber Türk”  Xarici investorlar  əmlak  sektorundan  imtina  etmirlər

Türkiyədə   əmlak  satın  alan  xaricilərin  92,7%-i hər  il təxminən üç ay Türkiyədə qalırlar. Əmlak    alan investorların   50%-i   isə   ikinci  bir  əmlak  satın alır.  Aralarında  Menecerlər, mühəndislər, iş adamları, həkimlər və təqaüdçülər  olmaqla   Türkiyədə   əmlak  satın  almağı   seçənlərin orta  hesaba   görə  yaşı  50,6-dır.

“Star”:  Xiaomi Türkiyədə istehsala  başlayır

 Dünyanın üçüncü ən böyük smartfon istehsalçısı Xiaomi, 2021-ci ilin ilk rübündə Türkiyədə 30 milyon dollarlıq sərmayə ilə smartfon istehsalına başlayacağını açıqladı. Şirkətin İstanbulda fəaliyyətə  başlayacağı   fabrik  ilə  Türkiyə Xiaomi  telefon  istehsal  edilən  dördüncü ölkə olacaq. Zavod   ildə 5 milyon telefon istehsal  edəcək. 

“Sabah”: 5 ildən sonra   qızıl   istehsalının  illik  həcmi  100 tona çatacaq

Enerji və Təbii Qaynaqlar Naziri Fatih Dönməz Türkiyədə   hər  il  42 ton qızıl istehsal  edildiyini, bunu 5  il  ərzində  illik  100   tona   qaldıraraq ildə 100 ton  qızıl   istehsal  edən  ilk  10  ölkə   arasına  daxil  olmağı  planlaşdırdıqlarını  bildirib.

“Vatan”: Türkiyənin uzaq mənzilli raketi “Atmaca” sınandı

 Roketsan tərəfindən hazırlanan uzun mənzilli gəmi əleyhinə raket (Atmaca) Sinopda sınaqdan keçirildi. Sınaq atışlarını Hərbi Dəniz Qüvvələri Komandiri Admiral Adnan Özbal və Vali Erol Karaöməroğlu izləyiblər. Admiral Özbal  sınaqdan sonra verdiyi açıqlamada Milli məhsulumuz “Atmaca” dosta   güvən,, düşmənə  qorxu  verəcək  deyib.  



Әlaqәli Xәbәrlәr