Türkiyә mәtbәxi

‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

1127892
Türkiyә mәtbәxi

Türkiyә mәtbәxi 4/2019

   

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

 

Türkiyә mәtbәxindә әn çox istifadә olunan paxlalı bitkilәrdәn biri yarmadır. Yarma düyü kimi salat, şorba vә tәrәvәz yemәklәrindә  istifadә olunur. Yarma buğdanın üyüdülmüş  formasıdır.

Buğdanın orqanizmə faydaları çox qədim zamanlardan məlumdur. Lakin onun faydaları onun hansı formada istifadə ediləcəyinə bağlıdır. Çünki buğdanın işlənməsi zamanı faydalı maddələrin 40%-i itir.
Buğdanın tərkibi A, C, E, K, B6 və B12 vitaminləri, dəmir, kalsium, fosfor ilə zəngindir. Bu səbəblərdən də onun orqanzmə faydası böyükdür. Buğda saç sağlamlığına xidmət edir, ürək əzələsini möhkəmləndirir.
Buğdanın tərkibindəki  selenium, sink və E vitamini dərini xarici mənfi təsirlərdən qoruyur.

 

Әziz oxucularımız  bu proqramda yarma plovu reseptini sizinlә bölüşәcәyik.

 

Әrzaqlar belәdir:

1 su stәkanı plovluq yarma

5-6 xörәk qaşığı kәrә yağı

1 baş soğan

2-3 әdәd yaşıl bibәr

1 xörәk qaşığı tomat pastası

1 әdәd pomidor

2 su stәkanı su vә ya әt suyu

Duz, istiot.

 

Hazırlanma qaydası:

Soğanı vә bibәri  xırda-xırda doğrayın. Orta ölçülü qazanda kərə yağını əridin. Soğanı vә bibәri  bu yağda yumuşalanadək qovurun. Tomat pastasını əlavə edib, bir dəqiqə ərzində bişirin. Daha sonra doğradığınız pomidoru əlavə edin və bir neçə dəqiqə  bişirin. Yarmanı әlavә edin vә yarım  dәqiqә tez-tez qarışdırın. Әn son suyunu vә zövqә görә duz vә istiotunu әlavә edin. Su iki barmaq qәdәr yarmanın üstünü örtmәlidir.

Qazanın qapağını qoyub, yarmanı orta odda suyu çәkilәnәdәk  bişirin. Arada qarışdıra bilәrsiniz ki, dibi yapışmasın. Hazır plovu kәnara çәkib, qapağın arasına çay dәsmalı vә ya kağız dәsmal qoyun ki, plov tәxminәn 10 dәqiqә dәmlәnsin. Nuş olsun!!



Әlaqәli Xәbәrlәr