Türkiyә mәtbәxi

Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

1119075
Türkiyә mәtbәxi

                               

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

 

Türk mәtbәxindә әn çox istifadә edilәn tәrәvәzlәrdәn biri şübhәsiz ki badımcandır.

 

Badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Badımcanın təbii rəngi bənövşəyidir. Türkiyә mәtbәxindә bu tәrәvәzdәn çox istifadә olunur.

 

Bu  proqramda badımcandan hazırlanan vә Türkiyә mәtbәxinin ‘‘şah’’ yemәyi hesab olunan  ‘‘Karnıyarık’’ reseptini verәcәyik.

 

Әrzaqlar:

 6 ədəd kiçik boy badımcan

 200 q qiymə

 2 ədəd orta boy soğan

 3 ədəd pomidor

 6 ədəd yaşıl bibәr

 1 diş sarımsaq

 1 yemək qaşığı tomat

 1 su stəkanı duru yağ

 Duz, istiot

Hazırlanması: Badımcanların qabıqlarını rəngarəng soyun, yarım saat duzlu suda gözlədin. Daha sonra  yuyub, qurulayın.  Bir tavaya 1 stəkan duru yağ qoyun və badımcanların hər birini yumşalıb rəngi dönənə qədər qızardın. Qızarmış badımcanları salfet üzərinə qoyaraq çox yağını alın. Doğradığınız soğanları və sarımsaqları qızğın yağda qovurun. Qovrulmuş soğanlara qıymanı  əlavə edib  bir neçə dəqiqə bişirin. Daha sonra doğradığınız pomidoru əlavə edin və bir neçə dəqiqə pomidor suyunu çəkənə qədər bişirin. Әn son duz və  istiotunu әlavә edib qarışdırın.

 

İti bıçağın köməyilə hər badımcanı ortadan uzununa yarın. Hər badımcanı içliklə doldurun. İçi doldurulmuş badımcanları soba üçün olan iri şüşə qaba qoyun. Badımcanları bir-birinə çox sıx qoymayın. İstəsəniz hər badımcanın üstünə bir dilim pomidor və balaca yaşıl bibər qoya bilәrsiniz.

 

Әvvәlcәdәn hazırladığınız tomat pastalı sousunuzu badımcanları düzdüyünüz qaba tökün. Sobanın orta gözündə 170 dərəcədә  20-25 dəqiqə  bişirin. Nuş olsun!!



Әlaqәli Xәbәrlәr