Türkiyə NATO-nun yeni baş katibinə dəstək verəcəyini açıqladı
Türkiyə NATO-nun yeni baş katibi vəzifəsinə Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini təşkilatın digər üzvlərinə çatdırdı
Türkiyə NATO-nun yeni baş katibi vəzifəsinə Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini təşkilatın digər üzvlərinə çatdırdı.
Türkiyə NATO-nun yeni baş katibi postu üçün Rutteyə dəstək verəcəyini açıqlayıb.
M.Rutte keçən həftə İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək NATO Baş Katibliyinə dəstək istəməsindən sonra Türkiyə aprelin 29-da Rutteni dəstəkləyəcəyini NATO üzvlərinə elan edib.
R.T.Ərdoğan aprelin 26-da Türkiyəyə gəlmiş Hollandiya baş naziri Mark Rutte ilə Vahdettin Köşkündə təkbətək görüşmüşdü. Rutte birgə mətbuat konfransında bildirmişdi: “NATO-nun cənub qanadının Türkiyə və hökumətinə ehtiyacı var. Türkiyə həlledici rol oynayır, Qəzzada vəziyyət və eyni zamanda, Ukraynadakı dəhşətli müharibə ilə bağlı səylər göstərir”.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...