Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi

Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...

2141883
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi üçün başsağlığı mesajı paylaşdı.

  Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb: “Təəssüflə helikopter qəzasında dünyasını dəyişdiyini öyrəndiyimiz hörmətli həmkarım, qardaşım və İran İslam Respublikasının prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm. Mərhum Rəisi ilə eyni vertolyotda həyatını itirən İranın xarici işlər naziri və digərlərinə də Allah rəhmət eləsin.

  Dost və qardaş İran xalqına və hökumətinə, xüsusən də İran İslam Respublikasının Dini başçısı cənab Əli Xameneiyə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

  İbrahim Rəisinin vəzifədə olduğu zaman İran xalqı və region sülhü üçün göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi İran prezidentini hörmət və minnətdarlıqla yad edirəm.

  Türkiyə olaraq bu çətin və kədərli günlərdə, dəfələrlə etdiyimiz kimi, qonşumuz İranın yanındayıq”.

  Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan paytaxt Ankarada keçirilən 26-cı Dövri Ədliyyə və 16-cı Dövri İnzibati məhkəmələrinin püşkatma mərasimində etdiyi çıxışında da helikopter qəzasını yada salaraq İran prezidenti, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onlarla birlikdə həlak olanları xatırlamış və demişdi: "İranlı bacı-qardaşlarımızın bu prosesi qədim və güclü dövlət ənənələrinə uyğun idarə edəcəklərinə ürəkdən inanıram. Türkiyə yenə də bu çətin günlərdə dost və qardaş İran xalqının yanında olacaq. Bir daha İran İslam Respublikasının dini başçısı cənab Əli Xamenei, dost İran xalqı və hökumətinə, mərhumların kədərli ailələrinə dərin hüznlə başsağlığı verirəm”.



Әlaqәli Xәbәrlәr