Türkiyə Qazaxıstana sel fəlakətilə bağlı hər cür yardıma hazırdır

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır ...

2125684
Türkiyə Qazaxıstana sel fəlakətilə bağlı hər cür yardıma hazırdır

 

  Türkiyə Qazaxıstanda baş verən sel fəlakətindən kədərləndiyini bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “Qazaxıstanın müxtəlif bölgələrində davam edən sel fəlakəti, vurduğu ağır ziyan və ağır hava şəraiti nəticəsində on minlərlə Qazaxıstan vətəndaşının təxliyə edilməsindən dərin kədər hissimizi çatdırırıq.

  Türkiyə Qazaxıstan xalqına və hökumətinə “keçmiş olsun” deyir və fəlakətin vurduğu yaraların sağalması üçün hər cür yardıma hazır olduğunu bildirir”.

  Xatırladaq ki, Qazaxıstanda əriyən qarın yaratdığı daşqınlar davam edir. Daşqınlardan zərər çəkmiş bir çox bölgədən təxminən 63 min adam köçürülüb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəhbəri Kaharman Orazalin bildirib: "3400-ə yaxın da ev su altında qalıb. Daşqınlarla əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib".



Әlaqәli Xәbәrlәr