Türkiye İsrailin qeyri-qanuni yaşayış planına reaksiya göstərdi

Türkiye İsrailin İordan çayının qərb sahilindəki qeyri-qanuni yaşayış planına reaksiya göstərərək, bu hərəkətə son qoyulmasının vacibliyini bildirib.

2112199
Türkiye İsrailin qeyri-qanuni yaşayış planına reaksiya göstərdi

Türkiye İsrailin İordan çayının qərb sahilindəki qeyri-qanuni yaşayış planına reaksiya göstərərək, bu hərəkətə son qoyulmasının vacibliyini bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli "X" sosial media platformasındakı paylaşımında "İsrail səlahiyyətliləri tərəfindən İordan çayının qərb sahilində 3500 ev tikmək üçün təsdiqlənmiş plan Fələstin torpaqlarının işğalının daha da genişləndirilməsi deməkdir. Bu addım  dərhal dayandırılmalıdır" deyib.

İsrailin beynəlxalq hüququ daha da pozmasının qarşısını almaq üçün bu ölkənin törətdiyi cinayətlərin ən doğru terminologiya ilə müəyyən edilməsi lazım olduğunu vurğulayan Öncü Keçəli İordan çayının qərb sahilindəki işğal fəaliyyətlərinin beynəlxalq ictimaiyyət tərəfindən “qanunsuz məskunlaşma” adlandırılmasının kifayət etmədiyini vurğulayıb.

Ö.Keçeli "Söhbət İsrailin qanuni olaraq Fələstin xalqına məxsus olan torpaqları zorla ələ keçirməsidir" deyib.

Xatırladaq ki, İsraildə həddindən artıq sağçı məskunlaşma və milli baxış naziri Orit Strok sosial media platforması "X" hesabında 3500 yeni qeyri-qanuni evin tikintisinə icazə verdiklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr