Türkiye Qəzzaya yardım əlini uzatmağa davam edir
Türkiye Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz Qəzzaya təxminən 2700 ton yardım materialının çatdırılacağını bildirib.
Türkiye Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz Qəzzaya təxminən 2700 ton yardım materialının çatdırılacağını bildirib.
Fatma Yılmaz sosial media hesabında etdiyi paylaşımında Qəzzaya yardım aparacaq daha bir gəminin Qızıl Aypara qrupları tərəfindən hazırlandığını qeyd edib.
Fatma Yılmaz bildirib ki, təxminən 2700 ton yardım materialının gəmiyə yüklənmə işləri davam edir. Gəmi Mersin limanından yola düşərək Misirə çatacaq. Daha sonra yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya çatdırılacaq.
Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına şiddətli hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 30 mindən çox insan həyatını itirib.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.