Ərdoğan Balıkəsirdə

Balıkəsirdə etdiyi çıxışında Ərdoğan deyib ...

2106725
Ərdoğan Balıkəsirdə

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasının Qəzzada İsrailin zülmünə qarşı bir vahid kimi hərəkət etməsi üçün səy göstərdiklərini söyləyib.

  Balıkəsirdə etdiyi çıxışında Ərdoğan deyib: "Bunu istisnasız olaraq deyirəm: "Qəzzadakı zülmü və Qüdsdəki təzyiqləri dayandırmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik". 

  Prezident çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunub: "Rusiya ilə Ukrayna arasında gedən müharibənin alovunun ölkəmizə keçməsinə imkan verməməklə dövlətimizin mənafelərinə, vətənimizin təhlükəsizliyinə və sabitliyinə xələl gətirməmişik. Bütün dünyaya mənfi təsir göstərən bu müharibəni ən qısa zamanda bitirmək üçün Türkiyə olaraq birlikdə səylərimizi davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr