Türkiye və Qırğızıstan 62 maddəlik fəaliyyət planı imzalayıb

Türkiye və Qırğızıstan 11-ci Türkiyə və Qırğızıstan Müştərək İqtisadi Komissiyasının (KİK) Protokolunu və müvafiq 62 bəndlik fəaliyyət planını imzalayıblar.

2100413

Fevralı 9-da Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz və Qırğızıstan Nazirlər Şurasının sədri Akilbek Çaparov arasında təkbətək və nümayəndələr arası görüşlər keçirilib.
Görüşlərdən sonra Cevdet Yılmaz və Akilbek Çaparovun sədrliyi ilə Müştərək Türkiye-Qırğızıstan İqtisadi Komissiyasının 11-ci toplantısı baş tutub.
Görüşdən sonra iki ölkə arasında sazişlərin imzalanması mərasimi olub.
İmza mərasimindən sonra Akilbek Çaparov ilə birlikdə mətbuata açıqlama verən Cevdet Yılmaz cari ikitərəfli ticarət həcminin 1,6 milyard dollara çatdığını və KİK toplantısının da töhfəsi ilə bunu ən qısa zamanda yüksəldəcəklərini bildirib.

Әlaqәli Xәbәrlәr