İsveçin NATO-ya daxilolma protokolu ABŞ-a çatdırıldı

Qeyd edək ki, Senat və Nümayəndələr Palatasının xarici əlaqələr komitələri administrasiyanın xarici ölkələrə silah satışı ilə bağlı bildirişlər göndərdiyi və satışları qiymətləndirdiyi konqresin komitələri olduğu üçün xüsusi əhəmiyyət daşıyır

2094171
İsveçin NATO-ya daxilolma protokolu ABŞ-a çatdırıldı

 

  İsveçin NATO-ya daxilolma protokolunun Türkiyə tərəfindən təsdiqləndiyini bildirən sənəd paytaxt Vaşinqtonda ABŞ-ın müvafiq orqanlarına çatdırıb.

  ABŞ səlahiyyətliləri Türkiyənin “F-16”ların tədarükü və modernləşdirilməsi ilə bağlı müraciətini yanvarın 26-da ABŞ konqresinə rəsmi olaraq bildirmişdi.

  “F-16”ların Türkiyəyə satışı ilə bağlı rəsmi bildirişdən sonra ABŞ konqresinin 15 günlük qiymətləndirmə və etiraz müddəti var. Bu müddət ərzində heç bir etiraz alınmazsa, satış icazəsi təsdiq olunacaq.

  Qeyd edək ki, Senat və Nümayəndələr Palatasının xarici əlaqələr komitələri administrasiyanın xarici ölkələrə silah satışı ilə bağlı bildirişlər göndərdiyi və satışları qiymətləndirdiyi konqresin komitələri olduğu üçün xüsusi əhəmiyyət daşıyır.

  Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyünü təsdiq edən müvafiq hüquqi tənzimləmə əvvəlcə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmiş, daha sonra ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc edilmişdir.



Әlaqәli Xәbәrlәr