Hakan Fidan ABŞ-a səfər edəcək

Türkiyenin xarici işlər naziri Hakan Fidan Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi ilə bağlı danışıqlar aparmaq üçün bu gün ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək.

2073987

Nazirlikdən verilən açıqlamada, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının noyabrın 11-də keçirilən Fövqəladə Birgə Sammitində  Türkiye, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriyanın xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün lazımi addımlar atmaları ilə əlaqədar göstəriş verilib.
Hakan Fidanın bu ortaq diplomatik səylər çərçivəsində danışıqlar aparmaq üçün bu gün Vaşinqtona səfər edəcəyi bildirilib.

Әlaqәli Xәbәrlәr