Cevdet Yılmaz: ''Türkiye iqtisadiyyatı ''əsrin fəlakəti''nə baxmayaraq inkişaf etməyə davam etdi''

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz Türkiyenin fevralın 6-da yaşanan ''əsrin fəlakəti''nə baxmayaraq inkişaf etməyə davam etdiyini vurğulayıb.

2025595

Cevdet Yılmaz paytaxt Ankarada Türkiye Palatalar və Birjalar Birliyinin (TOBB) Türkiye İqtisadi Şurasında çıxış edib.
Türkiyenin güclü istehsal və ixrac imkanları ilə müsbət irəliləyiş  əldə etdiyini bildirən Cevdet Yılmaz deyib:“Fevralın 6-da baş verən zəlzələ fəlakətinə baxmayaraq Türkiye iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 4 faiz inkişaf edib''.
Cevdet Yılmaz Türkiyedə məşğulluq imkanlarının 2023-cü ilin iyun ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 265 min nəfər artaraq 31,7 milyona çatdığını qeyd edib.

Әlaqәli Xәbәrlәr