Xaricdə səs verənlərin sayı 1 milyon 500 mini ötüb

Türkiyedə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan seçicilər siyahısında qeydə alınmış seçicilərdən səs verənlərin sayı 1 milyon 500 mini ötüb.

1989474

Mayın 20-də başlayan səsvermə prosesi xaricdəki nümayəndəlik və sərhəd-keçid məntəqələrində davam edir.

Məlumata əsasən, bəzi ölkələrdə prezident seçkilərinin ikinci turu üçün səsvermə prosesi başa çatıb.

Mayın 22-də Türkiyə vaxtı ilə saat 23:37-dək xaricdəki nümayəndəlik və sərhəd-keçid məntəqələrində səs verən seçicilərin ümumi sayı 1 milyon 500 min 26 nəfərə çatıb.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq, sərhəd-keçid məntəqələrində isə mayın 28-i saat 17:00-dək davam edəcək.

Әlaqәli Xәbәrlәr