Xaricdə səs verənlərin sayı 1 milyonu ötüb
Mayın 21-də başlayan səsvermə prosesi xaricdəki nümayəndəlik və sərhəd-keçid məntəqələrində davam edir.
Türkiyedə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan seçicilər siyahısında qeydə alınmış seçicilərdən səs verənlərin sayı 1 milyonu ötüb.
Mayın 21-də başlayan səsvermə prosesi xaricdəki nümayəndəlik və sərhəd-keçid məntəqələrində davam edir.
Ali Seçki Şurasından əldə edilən məlumata görə, ikinci gün saat 19:35-ə olan məlumata əsasən, xarici seçici siyahılarında qeydə alınmış, xarici nümayəndəlik və sərhəd-keçid məntəqələrində səs verən seçicilərin ümumi sayı 1 milyon 38 min nəfərə çatıb.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, sərhəd-keçid məntəqələrində isə mayın 28-i saat 17:00-dək davam edəcək.
Әlaqәli Xәbәrlәr
2023-cü ildə Türkiyədə doğulan körpələrin sayı
Türkiyə Statistika İdarəsi - TÜİK 2023-cü il üçün doğuş statistikasını açıqlayıb