Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

1974043
Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. 
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.Məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan görüş zamanı “Togg” markalı avtomobili təhvil alan Özbəkistan prezidenti Şavkat Mirziyoyevə uğurlar arzulayıb.
Türk dünyası olaraq birlikdə daha yüksək nöqtələrə çatacaqlarına inandığını ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu razılaşmanın əsas sütunlarından biri olduğunu bildirib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev hədiyyəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyenin hər sahədə olduğu kimi sənayedə də Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əldə etdiyi irəliləyişin çox dəyərli olduğunu və ''Togg''un Türkiye ilə birlikdə türk dünyasının uğuru kimi tarixə düşəcəyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr