Türkiyənin xarici işlər naziri Braziliyada

Nazir Çavuşoğlu yanvarın 1-də prezidentliyə başlayacaq Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak etmək üçün getdiyi Braziliyada Braziliya, Qvatemala və qabonlu həmkarları ilə görüşdüyünü “Twitter” hesabından paylaşıb

1926176
Türkiyənin xarici işlər naziri Braziliyada

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyadadır. O, bu ölkənin xarici işlər naziri vəzifəsinə yenidən təyin olunan Mauro Vieira, Qvatemala xarici işlər naziri Mario Adolfo Bucaro Flores və Qabon xarici işlər naziri Maykl Musso (Michael Moussa) Adamo ilə ayrı-ayrılıqda görüşüb.

  Nazir Çavuşoğlu yanvarın 1-də prezidentliyə başlayacaq Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak etmək üçün getdiyi Braziliyada Braziliya, Qvatemala və qabonlu həmkarları ilə görüşdüyünü “Twitter” hesabından paylaşıb.

  Braziliyada ilk görüşünü yenidən ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunan Vieira ilə keçirdiyini bildirən Çavuşoğlu ikinci görüşünün qvatemalalı həmkarı Floreslə olduğunu bildirib, “İqtisadiyyat, müdafiə sənayesi və mədəniyyət sahələrində əlaqələrimizi inkişaf etdirəcəyik” deyə yazıb.

  Nazir Çavuşoğlu qabonlu həmkarı Adamo ilə 2022-ci ilin son ikitərəfli görüşünü keçirdiklərini söyləyib, “Biz müdafiə sənayesi və iqtisadi əlaqələrimizi və nazirliklərimiz arasında əməkdaşlığı müzakirə etdik” deyə məlumat verib.



Әlaqәli Xәbәrlәr