Prezident Ərdoğan İlon Mask ilə görüşüb
Prezident Ərdoğan Qətərin ev sahibliyi ilə keçirilən futbol üzrə dünya çempionatının finalında Lusail stadionunda oynanan Argentina-Fransa matçını izləyib.
1920535
Prezident Rəcəb Tayyib Ərdoğan bu çərçivədə özü kimi DÇ-2022 final qarşılaşmasını izləmək üzrə Qətərdə səfərdə olan bəzi şəxsiyyətlərlə görüş keçirib.
TRT xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2022 Dünya Çempionatının Argentina-Fransa matçını izləmək üzrə Qətərdə səfərdə olan amerikalı iş adamı İlon Mask və Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabarla stadionda görüşüb.
Prezident Ərdoğan Şeyx Təmim bin Hamed Al Saninin dəvətinə görə getdiyi Qətərdə 2022-ci il futbol üzrə dünya çempionatının bağlanış mərasiminə qatıldıqdan sonra İstanbula qayıdıb.
Әlaqәli Xәbәrlәr
2023-cü ildə Türkiyədə doğulan körpələrin sayı
Türkiyə Statistika İdarəsi - TÜİK 2023-cü il üçün doğuş statistikasını açıqlayıb