R.T.Әrdoğan G-20 sammiti çәrçivәsindә Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G-20 Liderlər sammiti çərçivəsində görüşlər keçirməyə başlayıb.

1906354
R.T.Әrdoğan G-20 sammiti çәrçivәsindә Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüb
Erdogan-Joko Widodo.jpg
erdogan g20 endonezya.jpg
suudi prens selman-erdogan.jpg

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G-20 Liderlər sammiti çərçivəsində görüşlər keçirməyə başlayıb.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Bali adasında keçirilən G-20 Liderlər sammitinin  rəsmi qarşılanma mərasimində iştirak edib.

Sammitə ev sahibliyi edən İndoneziya prezidenti Coko Vidodo toplantıdan əvvəl Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirib.

Rəsmi qarşılanma mərasimindən sonra liderlər “Ərzaq və enerji təhlükəsizliyi” sessiyasına qatılıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan iclasın keçiriləcəyi zalda liderlərlə söhbət edib.

Ərdoğan sammit çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ilə görüşüb.

Qeyd edək ki, görüş  mətbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr