Prezident Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.

1824339
Prezident Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Prezident Ərdoğan telefon söhbəti zamanı səhhəti ilə bağlı müayinədən keçmək üçün xəstəxanada olan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin vəziyyəti ilə bağlı məlumat alıb və tezliklə sağalması üçün ən xoş arzularını çatdırıb.

Görüşdə Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri və regional məsələlər də müzakirə edilib.



Әlaqәli Xәbәrlәr